Marketdən oğurluq edən şəxs kameraya düşdü – FOTO

477

Sumqayıtda marketdən oğurluq olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda yerləşən marketlərdən birində qeydə alınıb.

Oğurluq əməli müşahidə kameralarına da düşüb. Görüntülərdən aydın olur ki, marketə daxil olan 30-35 yaşlarında kişi spirtli içkilər olan vitrinə yaxınlaşıb. O, ətrafa göz gəzdirərək heç kimin olmadığına əmin olduqdan sonra iki spirtli içkini götürərək gödəkçəsinin altında gizlədib. Daha sonra həmin şəxs maketi tərk edib.

Market sahibi hadisə ilə bağlı polisə müraciət edib. Hazırda polis həmin şəxsin kimliyini araşdırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər