“Maşın və telefon rüsumlarının artırılması nəzərdə tutulmayıb”

389

“Bundan sonra rüsum toplayan qurumların hesabında rüsum qalmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

O qeyd edib ki, yığılan rüsumlar bütövlükdə büdcəyə köçürüləcək: “Buna görə də həmin qurumlarda əməkhaqqı məsələsinə yenidən baxılacaq. Bundan əlavə, qeyd edim ki, mətbuatda minik avtomobilləri,  mobil cihazlarının rüsumunun qaldırılması ilə bağlı  əsası olmayan məlumatlar yayıldı.

Demək istəyirəm ki, bu sahələr üzrə rüsum artırılması nəzərdə tutulmayıb. Sadəcə Nazirlər Kabinetinin müvafiq qərarına uyğunlaşdırılıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər