Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi

814

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bu barədə Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Xanımı qeyd edib ki, Heydər Əliyev Fondundan ona zəng ediblər: “Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyədən dəvət edilən mütəxəssislər artıq Bakıdadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər