Mehriban Xanlarova Sumqayıtda – FOTOLAR

1635
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, C.Cabbarlı adına Mədəniyyət evinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya Evində Respublikanın Əməkdar artisti Mehriban Xanlarova ilə görüş keçirilib.
Görüşdə sənətçinin dostları Respublikanın Əməkdar artisti Ruhəngiz Musəvi, müğənni Sevda Kazımova, aktrisa Xatirə Süleymanova iştirak ediblər.
Əliağa Tapdığın aparıcılığı ilə keçən görüşdə əvvəlcə Mehriban Xanlarovaya həsr olunmuş videoçarx və Sumqayıt sakinləri ilə aparılan müsahibələr izlənilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin əməkdaşı Arif Vəliyev qonaqları idarə rəisi Mehman Şükürovun adından salamlayaraq xoş arzularını çatdırıb. Sonra Mehriban Xanlarova çıxış edib. Sumqayıtlılarla görüşdən məmmunluq duyduğunu bildirən sənətçi tamaşaçılarla xoş ünsiyyət qurub, sənətə gəlişi, səhnədə yaratdığı obrazlar, gənclik illəri ilə bağlı xatirələrini bölüşüb.
“Sənətçiləri yaşadan tamaşaçı təbəssümü və alqışlarıdır” deyən aktrisa belə görüşlərin sənət adamları üçün əhəmiyyətindən danışıb. Qonaqlar Ruhəngiz Musəvi, Sevda Kazımova, Nizami Nikbin şən mahnıları ilə tədbirə xoş ovqat qatıblar.
Daha sonra Xatirə Süleymanova, yazıçı Almaz Əliyeva və C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova çıxış edərək Mehriban Xanlarovanın insani keyfiyyətlərindən, tamaşaçı sevgisindən danışıb, belə görüşlərin davamlı olacağını bildiriblər.
Sonda sənətçi tamaşaçıların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər