“Məişət zorakılığı” mövzusunda tədbir keçirildi

1026

Sumqayit Diskussiya Klubunun təşkilatçılığı və Kvinna till Kvinna beynəlxalq təşkilatinın maliyyə dəstəyi ilə “Məişət zorakılığı” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada Sumqayıt Diskussiya Klubunun bu layihə çərçivəsində təşkil etdiyi təlim və disskussiyalarda iştirak etmiş tələbələr, şagirdlər, ayrı-ayrı idarə, müəssisə və təşkilatları təmsil edən insanlar o cümlədən məişət zorakılığı qurbanları iştirak etmişlər.

Sumqayıt Diskussiya Klubunun rəhbəri Sevda Məmmədli və layihənin təlimçiləri Məhəbbət Əsgərova və Vəsilə Əbilhəsənova layihə çərçivəsində görülmüş işlər barədə iştirakçılara məlumat verdilər və bildirdilər ki, sonda təlim iştirakçılarına sertifikatlar veriləcək və onlar məişət zorakılığı qurbanlarına könüllü şəkildə ictimai vəkillik edəcəklər.

Eyni zamanda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi apardı  problemin həlli məqsədilə öz təkliflərini irəli sürdülər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər