Məktəblərin bağlanması müəllimlərin əmək haqqına təsir edəcək? – AÇIQLAMA

1790

Tanınmış təhsil ekspreti Kamran Əsədov müəllimlərin əmək haqqı ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, o məktəblərin 1 həftəlik bağlanmasının müəllimlərin maaşına təsir etməyəcəyini deyib.

“Bağça, məktəb, peşə məktəbi, kollec, universitetlərdə 3-9 martda dərslərin təxirə salınması şagirdlərə, tələbələrə, müəllimlərə, orada çalışan bütün texniki, inzibati və yardımçı işçilərə şamil olunur. Yəni bütün növ təhsil müəssisələrində tədris, təlim və iş prosesi təxirə salınır.

Amma işçilərin əmək haqqının ödənilməsində dəyişiklik nəzərdə tutulmur”.

Təhsil eksperti həmçinin qeyd edib ki, təxirə salınan dərslər yay tətilini təsir etməyəcək: “Əgər tətil müddəti 15 günü keçsə, uzaldılmalıdır. Əks halda tədris müddəti uzadılmır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər