Mələkxanım Əyyubova qardaşı oğulları ilə barışdı…üç qızın videosunu çəkməkdə günahlandırılırdı

1348

Müğənni Ramal İsrafilov ailəsi ilə “Zaurla günaydın” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, qardaşı övladları ilə küsülü olan Mələkxanım Əyyubova canlı verilişə qoşulub.

“Bizim ailədə böyüyümüz qardaşımızdır. Qardaşımın övladları gəncdirlər. İllərdir ki, mən də onlara nəzarət edirəm. Sənətdə dəstəyimi əsirgəməmişəm. Onlar artıq elin içindədirlər. Hər şeyə çox məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin! Hər səhər dua edirəm ki, Allah bizi pis insanların şərindən uzaq eləsin. Mən də çox səbirsizlik elədim, heç nəyi dəqiqləşdirmədən səs-küyə getdim. Səbirsiz davrandım. Hər kəs ilk öncə öz ailəsinə baxsın”, – sənətçi deyib.

Ramal İsrafilov isə xalq artistinə “Siz bizim başımızın tacısınız. Bizi istəməyənlər çoxdur” deyə münasibət bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ramal İsrafilovun qardaşı Valeh İsrafilov üç qızın videosunu çəkməkdə günahlandırılmışdı. Məlum hadisədən sonra Ramal İsrafilov qardaşı ilə əlaqələrini kəsdiyini, xalq artisti Mələkxanım Əyyubova isə qardaşı övladlarından imtina etdiyini açıqlamışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər