Məleykə Abbaszadə: “Ali məktəblərə plan yerlərindən 88,73 faizi dolub”

321

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qruplar üzrə böldükdə I qrup üzrə 1693, II qrup üzrə 2611, III qrup üzrə 248, IV qrup üzrə 122, V qrup üzrə isə 400 yer boş qalıb: “Vakant yerlərin 3255-i dövlət, özəldə isə 1819 yer qalıb”.

M.Abbaszadə qeyd edib ki, bütün aparıcı ali məktəblərdə yerlər, demək olar ki, dolub: “Əsas rus bölməsində boş yerlər qalıb. I qrup üzrə 540 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. Öz seçimini edib və ali məktəbə qəbul olub. II qrupa imtahan verən 490 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. III qrupda 550 baldan yuxarı nəticə göstərən abituriyentlərdən kimsə kənarda qalmayıb. IV qrup üzrə 610-da yuxarı nəticə göstərən hər kəs seçdikləri ixtisaslara qəbul olublar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər