Məleykə Abbaszadədən yüksək bal toplayıb ikinci dəfə imtahana yazılanlara XƏBƏRDARLIQ: “Nəticəsi ləğv ediləcək”

1227
“Bizim ölkədə biznes qurmaq üçün əlverişli mühit var. Bəzi təhsil kursları abituriyentləri öz xidmətlərinə cəlb etmək üçün deyirlər ki, guya onlarda hansısa xüsusi suallar var”.
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, DİM tərəfindən nəşr olunan jurnallardakı materiallar müzakirə olunmur.
“Elə abituriyent var ki, birinci, yəni yaz qəbul imtahanında 690 bal toplayır. O ikinci, yay imtahan qəbul imtahanına da yazılır ki, 700 bal toplasın. Lakin elə abituriyentlər də var ki, yaz qəbul imtahanında yüksək bal toplayır, yay qəbul imtahanına da yazılır. Burada məqsəd başqalarına kömək etməkdir. Belə olduqda onun nəticəsi ləğv edilir”, – M.Abbaszadə qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər