“Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”- AZƏRBAYCANLI DEPUTAT

1136

“Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var. Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki…”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 T.Kərimli qeyd edib ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub.

“Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm.

İndi mən Ağsu rayonunda camaatın üzünə necə baxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular… Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər