” Məni sevə-sevə anamla da münasibət saxlayırdı ” – Sumqayıtda məhkəmə prosesi

508

Sumqayitxeber.com Report-a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

İttiham aktına əsasən, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanova arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində S.Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, “onların münasibətləri var, guya sən bilmirsən”? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, ananla münasibətim yoxdur. Amma ona inanmadım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər