Mətbuat Şurasının sədri Əflatun Amaşov Sumqayıtda seçkiləri müşahidə etdi: "Jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb"

1350

Saat 08.00-dan 15.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasından  verilən məlumata görə, mətbuat şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 45 saylı Abşeron, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai dördüncü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev 34 saylı Xətai ikinci, “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev 23 saylı Nəsimi-Səbail, “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov 29 saylı Səbail, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını müşahidə ediblər, hər hansı maneə qeydə almayıblar.

Mətbuat Şurasının monitorinq qrupunun üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər