Meyitləri tapılan alpinistlər bu gün dəfn ediləcək

1779

Keçən ilin dekabr ayının 26-da itkin düşən və dünən axşam saatlarında meyitləri tapılan alpinistlər bu gün dəfn ediləcək. Lent.az xəbər verir ki, səhər saatlarında “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyiti ailələrinə təhvil verilib. Yaxınlarının bildirdiyinə görə, onlar bu gün dəfn ediləcək.

Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər