Millət vəkili Arzu Nağıyev: “Sumqayıt Dövlət Universiteti bütövlükdə yerləşdiyi region üçün əhəmiyyətə malikdir”

618

SDU 60

Milli Məclisin deputatı Arzu Nağıyev Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi və Universitetin regionun inkişafında oynadığı rolla bağlı sumqayitxeber.com-a danışıb.

Arzu Nağıyev  bildirib ki, son illərdə ali təhsil müəssisələrinin ənənəvi fəaliyyətləri ilə yanaşı regional inkişafda daha həlledici rol oynaması gözləntisi var: “Ümumiyyətlə, müasir dövrümüzdə universitetlərin təhsil və araşdırmalarla yanaşı, cəmiyyətə xidmət etmək kimi bir missiyası da var. Universitetlər bütün funksiyaları ilə həm də yerləşdirkləri bölgənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və yüksəldilməsinə xidmət edir. Dünyada böyük şəhərlərdən kənarda, regionlarda yeni universitetlərin yaradılması ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Ölkəmizdə də bununla bağlı davamlı olaraq fikirlər gündəmə gətirilir. Bu il 60 yaşını qeyd edən Sumqayıt Dövlət Universiteti hesab edirəm ki, bütövlükdə yerləşdiyi region üçün əhəmiyyətə malikdir”.

Millət vəkili qeyd edib ki, Sumqayıt Dövlət Universitetində nəinki Sumqayıt gəncləri təhsil alır, eyni zamanda Azərbaycanın müxtəlif regionlarından, hətta xarici ölkələrdən təhsil alanlar var: “ Bu həm şəhərdə, həm də ölkəmizdə təhsilin inkişafı üçün önəmlidir. Ümumiyyətlə Universitetlərin regiona uyğun sahələr üzrə ixtisaslaşması və öz regionunun inkişafına töhfə verməsi vacibdir. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin regional inkişafa töhfə vermək motivasiyası kifayət qədər yüksək görünür. Universitetin rəhbərliyini, müəllim və tələbə heyətini yubiley münasibəti ilə təbrik edirəm, ölkəmizdə kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıram”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər