Millət vəkili Musa Qasımlı gənclərlə görüşəcək

271

Bazar günü Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı ilə gənclərin görüşü olacaq. “Sumqayıt Gənclərinin vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” təşəbbüs qrupunun təşəbbüsü ilə baş tutacaq görüşdə deputat və vətəndaş arasında qarşılıqlı əməkdaşlığın qurulma yolları, bu əməkdaşlığın faydalı və əsas tərəfləri, həmiçinin bunlara müfaviq digər məsələlər müzakirə olunacaq. Təşəbbüs qrupunun rəhbəri Ramil Zeynallı sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, görüşə bütün gənclər dəvətlidir: “Hər bir gənc görüşdə iştirak edə bilər və müzakiirələrə qoşula bilər. Bizim məqsədimiz gənclərlə millət vəkili arasında dialoqu yaratmaqdır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər