Millət vəkili Müşfiq Məmmədli beynəlxalq müsabiqəni qalibini qəbul edib

980

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdi Aytac Səxavət qızı Vəlizadə İtaliyanın Neapol şəhərində fortepiano üzrə keçirilən beynəlxalq müsabiqədə öz yaş kateqoriyasında 1-ci yerə layiq görülmüşdür. Bu münasibətlə Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında görüş keçirmişdir.

Görüşdə Aytac Vəlizadə ilə yanaşı onun valideynləri və qələbələrinin memarı olan müəlliməsi Sevda Məcidova da iştirak etmişdir. Söhbət zamanı Aytacın əldə etdiyi uğurlar, gələcək fəaliyyəti müzakirə olunmuşdur. Millət vəkili ölkə rəhbərliyinin Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı ilə yanaşdığını, Heydər Əliyev fondunun bu yöndə xidmətlərinin müstəsna olduğunu qeyd etmişdir. Deputat hər zaman Aytac və onun kimi istedadlı şəxslərin yanında olduğunu vurğulamışdır. Eyni zamanda qonaqlar qəbula görə minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizi beynəlxalq miqyaslı müsabiqələrdə layiqincə təmsil edəcəklərini diqqətə çatdırmışlar.

çatdırmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər