Millət vəkili ölkə prezidentinin son bir ildəki sosial-iqtisadi siyasətindən danışdı

186

Azərbaycan iqtisadiyyatında ciddi islahatlar aparılır. Hələ 2016-cı ildə ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş strateji yol xəritələrində göstərilən hədəflərə çatmaq üçün keçən müddət ərzində həm iqtisadi, həm sosial, həm idarəetmə sahəsində ciddi islahatlar həyata keçirilir.

Aparılan islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə sabitləşib, 2018-ci ildə isə dinamik artım mərhələsinə qədəm qoyub ki, bunun ən mühüm göstəriciləri 2019-cu ilin yanvar ayında özünü göstərdi.

Ümumi daxili məhsulun (ÜDM) artması, qeyri-neft sənayesində artımın rekord həddə – 14 faizə çatması, bütün makroiqtisadi göstəricilər üzrə artımın baş verməsi onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı artıq sürətlə böyüyür və yeni gəlir mənbələri əldə edir.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, əldə olunan yeni gəlirlər Azərbaycan dövlət büdcəsinin gəlirlərini də artırır.

“Belə ki, təkcə yanvar ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri 50 faizə yaxınlaşıb.

Eyni zamanda, vacib məqamlardan biri odur ki, ölkə başçısı həyata keçirilən sosial siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşının dayandığını bəyan edir və bu baxımdan, dövlət büdcəsində yaranan yeni gəlirlərin böyük bir hissəsinin insanların, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəltməsi bir daha sübut edir ki, Azərbaycan prezidenti hər zaman vətəndaşların yanındadır, onların sosial qayğısına qalmaq üçün iqtisadiyyatın bütün imkanlarından istifadə edir.

Məsələn, bildiyimiz kimi, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticədə əhalinin bəlli bir təbəqəsinin xarici valyutada götürdüyü kreditlərin ödənilməsində çətinliklə üzləşməsinə səbəb olmuşdu. Ötən dövr ərzində problemli kreditlər məsələsi dəfələrlə cəmiyyətdə, Milli Məclisdə müzakirə edilmiş və müxtəlif variantda bunların həlli üçün təkliflər irəli sürülmüşdü.

Eyni zamanda, devalvasiya baş verən andan bu məsələ prezidentin hər zaman diqqətində olmuş və keçən bu müddət ərzində iqtisadiyyatda aparılan iqtisadi islahatların məqsədlərindən biri də vətəndaşların qarşısında duran çətinliklərin, o cümlədən, problemli kreditlər kimi məsələlərin həllinə yönəlmişdi.

İqtisadiyyatın böyüməsi və gəlirlərin artması nəticə etibarilə bu probleminlərin, xüsusilə problemli kreditlər məsələsinin həllinə münbit şərait yaratmışdı.

Bu problem, ümumiyyətlə, kifayət qədər mürəkkəb məsələ, spesifik bir problem idi. Çünki burada vətəndaşlarla banklar arasında olan münasibətlərin tənzimlənməsindən söhbət gedirdi. Problemli kreditlər məsələsi də iqtisadiyyatda hər zaman olub. Dünya iqtisadiyyatında problemli kreditlərin ümumi kreditlərin 5 faizə qədər həddə olması normal qəbul olunub.

Devalvasiyaya qədər Azərbaycanda problemli kreditlərin ümumi kreditlərin portfelində həcmi təxminən 5 faizə yaxın idi ki, banklar özləri tərəfindən bu problemin həllinin idarə olunmasını bacara bilirdilər.

Amma keçən müddət ərzində əhalinin problemli kreditləri ödəməsində çətinliklər yaranması son nəticədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində həcminin 12 faizə qədər gəlib çatmasına səbəb oldu ki, bu da bir tərəfdən vətəndaşlar, digər tərəfdən isə bank sektoru üçün müəyyən dərəcədə çətinliklər yaratmışdı.

Odur ki, bu ilin fevral ayının sonunda ölkə prezidenti bu məsələyə birdəfəlik nöqtə qoyaraq, problemli kreditlər bağlı, özünün də qeyd etdiyi kimi, analoqu olmayan bir fərman verdi. Bununla da son dörd il ərzindəki bütün müzakirə və mübahisələrə son qoyulmuş oldu.

Bu fərman 800 mindən artıq insanımızı əhatə edir ki, bunun da nə anlam və məna kəsb etdiyini artıq geniş anlatmağa ehtiyac yoxdur. Bununla yanaşı, son üç ay ərzində əhalinin, vətəndaşların, pensiyaçıların, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, tələbələrin sosial durumunun yaxşılaşdırılması üçün bir çox sərəncamlar verildi.

Ölkədə minimum əməkhaqları birdən-birə 50 manat artırıldı, pensiyaların minimum həddi 114 manatdan 160 manata qaldırdı, sosial müavinətlərlə bağlı çox ciddi artımlar baş verdi və sair.

Bütün bunlar Azərbaycanın inkişafının yeni mərhələsindən, xüsusilə 2018-ci ilin 11 aprel seçkilərindən ötən bir il ərzində görülən nəhəng işlərin miqyasından xəbər verir”, – deyə millət vəkili əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər