Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu

491

Kiprdə milyarder Tedi Saqi də daxil olmaqla bəzi israilli biznesmenləri öldürmək üçün İran xüsusi xidmət orqanları tərəfindən göndərildiyi bildirilən Rusiya vətəndaşı, 38 yaşlı azərbaycanlı killer Orxan Əsədovla əlbir olan daha bir nəfər tutulub. virtualaz.org xəbər verir ki, bu həbs əməliyyatı Kipr adasının şimalında, yəni Şimali Kipr Türk Cümhuriyyətində keçirilib.

Tedi Saqi

Yerli “Kıbrıs Postası” qəzetinin yazdığına görə həmin şəxs Orxan Əsədova səsboğuculu tapança verən Tural Əliyev adlı azərbaycanlıdır. O, Şimali Kipr polisinin keçirdiyi əməliyyatla İskeledə tutulub. T.Əliyevin barəsində Şimali Kipr polisinin təhqiqatı davam edir. Bildirilir ki, onun həbsi Kiprin yunan hissəsindən Məlumat Mübadilə Ofisi vasitəsilə ötürülən məlumat əsasında baş verib.  T.Əliyev məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

T.Əliyevin həbs olunmasından əvvəl polis Orxan Əsədovun Şimali Kiprdə qaldığı oteldə axtarış aparıb və ona aid olduğu ehtimal edilən mobil telefon aşkarlayıb. Telefondakı danışıq qeydlərini izləyən polis Orxan Əsədovun İskələdə yaşayan Tural Əliyevlə 2021-ci ilin avqust və sentyabr aylarında Şimali Kiprin Mağusa rayonunda səsboğuculu tapançanın təmin edilməsi mövzusunda müzakirə apardıqlarını müəyyən edib. Əliyevin həbsinin ardınca polis Mağusa limanı və İskele bölgəsində, eləcə də İskələyə bağlı kəndlərdən birində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. T.Əliyevin adanın yunan hissəsində bu il sentyabrın 27-də həbs edilən Orxan Əliyev və daha 5 şübhəli ilə əlaqələrinin olduğuna dair əlavə dəlillər tapılıb.

Xatırladaq ki, Kiprdə O.Əliyevin həbsindən sonra onunla əlbir olan 3 pakistanlı (1-i yemək çatdırılma xidmətində kuryerdir) və 1 livanlı da daxil olmaqla daha 5 nəfər saxlanılıb, bunlardan qalan 1 nəfər barədə məlumat yoxdur. Bu terror planının üstü İsrailin “Mossad” kəşfiyyat xidmətinin ötürdüyü informasiya sayəsində açılıb.

İsrail mediasında yer alan məlumatlara görə, Orxan Əliyevin mobil telefonunda “Hizbullah”la bağlı videolar olub. Onun Rusiyada “Hüseynçilər” təşkilatına mənsub olduğu bildirilir. Kipr polisi terror planının qarşısının son anda alındığını açıqlayıb. O.Əsədov Kiprə sentyabrın ortalarında Rusiyadan təyyarə ilə gedib, dəfələrlə adanın şimal hissəsinə keçib və geri qayıdıb. Növbəti dəfə nəzarət-buraxılış məntəqəsini keçib adanın yunan hissəsinə daxil olanda həbs olunub. Onun Moskvada meyvə-tərəvəz ticarəti və taksi fəaliyyəti ilə məşğul olduğu deyilirdi.

virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər