Misir Mərdanovdan Əli İnsanova sərt sözlər: “Bu yaramaz əməllərdən…”- VİDEO

251

Sabiq təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsaovla bağlı video çıxış yayıb.

Femida.az xəbər verir ki, Misir Mərdanov Əli İnsanovu kəskin tənqid edib.

M.Mərdanov məsləhət görüb ki, Əli İnsanov vaxtilə söydüyü müxalifətə qoşulmaqdansa, 73 yaşından sonra nəvələri ilə oynasa, daha səmərəli iş görmüş olar:

“Mən Əli İnsanova müraciət etmək istəyirəm. Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Camaatın nifrətinin qarşısında dayana biləcəksənmi? Mən yenə deyirəm, hələ ki gec deyil, bu yaramaz əməllərdən geri çəkilmək lazımdır. Sən yenidən gəlib aktiv siyasətə qoşula, hətta qoşulsan belə heç bir şey edə bilməzsən.

Mən səni başa düşə bilmirəm. Əgər normal adam olsaydın, cənab Prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra sənə vaxtilə çörək vermiş, zirvələrə qaldırmış, nazir təyin etmiş Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərdin, onun qarşısında diz çökərdin və deyərdin ki, məni bağışla, səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər