Moskvada yaşayan sumqayıtlı gənc azərbaycan futbolunu təbliğ edir

1036

AbidBu günlərdə Azərbaycan futbol mediası sırasına yeni sayt əlavə olundu. AzeriFan.com domen ünvanında yerləşən saytda Azərbaycan futbolunda baş verən ən son xəbərlərlə tanış olmaq mümkündür. Saytın yaradıcısı Abid Cəfərov Sumqayıt şəhər 30 saylı məktəbin məzunudur və hal-hazırda Moskva Dövlət Mətbuat Universitetinin reklam fakultəsinin tələbəsidir.
Abid Cəfərov sumqayitxeber.com saytına açıqlamasında qeyd edib ki, AzeriFan.com – saytını yaratmaqda məqsədi Azerbaycan futbolunda baş verən yeniliklərlə ölkəmizdən kənarda yaşayan həmyerlilərimizi və əcnəbi fanatları tanış etməkdir
Saytın yalnız rus dilində fəaliyyət göstərməsinə gəlincə, A. Cəfərov qeyd edib ki, əsas məqsəd rus dilli ölkələrdə yaşayan əcnəbilərin, yəni rusdilli internet istifadəçilərinin azərbaycan futbolunda baş verən yeniliklərlə tanış olmasına şərait yaratmaqdır: “Az bir zamanda saytımız dünyanin bir çox ölkələrində yaşayan fanatlar arasında məşhurlaşıb. Həmşinin Azerbaycanda yaşayan və öz sevimli komandlarının oyununu stadionda izləyən azarkeşlerimizə virtualda komandasının oyunu haqqında fikirləri ilə böluşmək imkanı yaratmışıq. Saytımız ilk önce fanatlarin saytıdır.
Gələcəkdə saytımızın daha da təkmilləşdirilməsi ve ana dilində də fəaliyyət göstərməsi nəzərdə tutulub. Sayta daxil olmaqla fan klubalrımız ve fanatlarımız haqqında son xəbərlərlə, çempionat, kubok, birinci dvizion oyunları haqqında məlumatlar ve fubtolçularımızla futbol və onların şəxsi həyatı haqqında maraqli müsahibələrlə tanış ola bilərsiniz”

Sonda sumqayıtlı futbol fanatlarına müraciət edən Abid Cəfərov vurğulayıb ki, Sumqayıtın futbol ənənələri her birimizə çox yaxşi bəllidir və sevindirici haldır ki, doğma şəhərimizin futbolsuz illəri artıq geridə qalıb. Şəhərimizdə yaşayan bütün futbol sevərləri AzeriFan.com saytına dəvət edirəm.
Orxan Səlimov, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Turkoglu
    Dekabr 13, 2009 - 17:38

    sumqayitin fexri:D:D:D sumqayitdaki o goyerchini abide qurban demishem qoy xezer lenkaran chempionlar liqasin udsun:D

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər