MSK Sumqayıt müsavatçılarının şikayətlərini təmin etdi

891

mskMərkəzi Seçki Komissiyası (MSK) noyabrın 26-da keçirilən iclasında Müsavat Partiyasından verilən bəzi şikayətləri təmin edib. Bu barədə AzadlıqRadiosuna Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib: – Müsavat Partiyasının Sumqayıtdan bələdiyyə üzvlüyünə namizədliyini verən şəxslərin şikayətləri araşdırıldı və onların iddiaları təmin edildi. Sumqayıtdan 7 müsavatçı ərizə verərək, dairə seçki komissiyasının qərarından narazılıq edirdilər. Məlum oldu ki, onlardan birinin – Fəxrəddin Abbasovun namizədliyi qeydə alınıbmış, sadəcə, onun bundan xəbəri yox imiş. Digər 6 nəfərin də qeydiyyatı təmin edildi. A.Sarıyevin sözlərinə görə, eyni zamanda iclasda qərara alınıb ki, bəzi şikayətlərin araşdırılma müddəti artırılsın. Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan isə deyir ki, onların hələ bir çox ərizələrinə MSK-da baxılmayıb. Onlar növbəti iclaslarda bu şikayətlərə də baxılacağını gözləyirlər. Müsavat Partiyasından bələdiyyə seçkilərində qeydiyyata alınan namizədlərin sayı bununla da 131-ə çatdı.

Mənbə: AzadlıqRadiosu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər