Müdafiə Nazirliyindən açıqlama: "Sumqayıt şəhər icra hakimiyyətləri ilə birgə..."

1661

Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələr sahəsində yanvar ayı ərzində görülən işlərin statistikasını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə, 2018-ci il üçün tədbirlər planına əsasən, yanvar ayında nazirliyin dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Tərtər, Xocavənd, Qusar, Füzuli, Bakının Yasamal və Qaradağ rayonları, o cümlədən Sumqayıt şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

20 Yanvar Ümumxalq Hüzn Günü, hərbi hissələrin yaradılmasının ildönümü, Azərbaycanın Milli Qəhrəmanlarının anım mərasimləri və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyət nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.

Kütləvi informasiya vasitələrində dərc olunması məqsədi ilə yanvar ayında Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 video material hazırlanıb və media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 2 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 6 tədbirə dəvət olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər