Murad Dadaşov “Maşın”ın başlayacağı tarixi açıqladı

677

Əməkdar artist Murad Dadaşov “Maşın” şousunun başlayacağı tarixi açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:

“İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var”.

M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:

 “İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.

Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

“Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər