Müşfiq Məmmədli: “Deputat öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı vəd verməlidir” – FOTOLAR

1947

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədli 18-ci məhəllə sakinləri ilə görüş keçirib.

Görüşdə deputatlığa namizəd Müşfiq Məmmədli millət vəkillərinin səlahiyyətləri, onların seçicilər qarşısında öhdəlikləri və fəaliyyət sahələri barədə danışıb.

M. Məmmədli deyib ki, deputatlığa namizəd olan şəxslər seçicilərə real və öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı vəd verməli və deputat seçildikdən sonra da o istiqamətdə çalışmalıdır.

Deputatların səlahiyyət sahələri qanunvericilikdə də konkret olaraq öz əksini tapıb: “Millət vəkili respublikanın qanunlarının formalaşmasında, dövlətin və əhalinin maraqlarına uyğun qərarların qəbulunda iştirak edən, təmsil etdiyi dairə ilə bağlı məsələləri müvafiq tribunalarda qaldıran şəxsdir”.

O, eyni zamanda gələcək perspektiv iş planında qanunvericilik orqanında fəaliyyət göstərəcəyi halda həyata keçirəcəyi işlərdən danışıb.

M. Məmmədli son illər Azərbaycanda həyata keçirilən islahatların, struktur dəyişikliklərinin əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına yönəldiyini vurğulayıb.

Görüşdə sakinlərin problemləri dinlənilib, müvafiq qeydlər aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Müşfiq Məmmədli: “Deputat öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı vəd verməlidir” - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər