Müşfiq Məmmədli: “Dövlət və xalq birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək”

958

“Erməni işğalçılarının Azərbaycan torpaqlarını yenidən qəsb etmə cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən peşəkarlıqla alınmışdır. Əsgərləri ilə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti bizi üzməklə yanaşı qürurlandırdı. Və eyni zamanda vətəndaşlarımızın dövlətimizə və ordumuza möhtəşəm dəstəyi isə gücümüzə güc qatdı”

Bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.
Millət vəkili qeyd edib ki, dünən şəhid generalımızla vidalaşa bilmək üçün hər kəs bir araya gəldi, polislərimizlə, dövlət və hökumət nümayəndələri ilə bərabər bu böyük qəhrəmanla son görüşə getdik. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində Dövlətlə Millətin birliyinin bariz nümunəsi idi. Bütün dünyaya bir daha aydın oldu ki, bu birliyin gücü istənilən an işğal altındakı torpaqları azad etmək əzmindədir. Bu birlikdən qorxan bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç bir nəticə verməyəcəkdir. Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək.
Müşfiq Məmmədli vurğulayıb ki, Milli Məclis Azərbaycan Vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və xalq birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər