Müşfiq Məmmədli: “İstənilən qüvvə anlamalıdır ki, müharibə geridə qaldı”

687

“Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı böyük maraqla gözlənilirdi. Buna səbəb isə regiondakı son durum idi. İranla gərgin siyasi vəziyyət, qonşu ölkənin Azərbaycan Respublikasına yönəlik iftira xarakterli böhtanlarına cənab İlham Əliyev cavabı faktlarla verdi”.

Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli səsləndirib.
Millət vəkili bildirib ki, illər, şğal olunmuş ərazilərimizdə İran və Ermənistan tərəfinin törətdikləri cinayətlər, qanunsuz olaraq torpaqların istismar olunması, narkotik vasitələrin Avropaya transfer olunması, qızıl yataqlarımızdan qanunsuz istifadəyə dair dəlil və sübutları ortaya qoydu. Artıq istənilən qüvvə anlamalıdır ki, müharibə geridə qaldı. Ölkə rəhbərinin də qeyd etdiyi kimi Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər