Müşfiq Məmmədli seçicilərlə görüşdü - FOTOLAR

817

Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədi Müşfiq Məmmədli təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə sonuncu görüşünü keçirib.
M. Məmmədli Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin Kərim Kərimov küçəsinə gedərək orada sakinlərlə görüşüb.
Deputatlığa namizəd sakinlərin problemlərini dinləyib, onları maraqlandıran suallar cavablandırılıb.
Sakinlər küçənin yolunun ürəkaçan vəziyyətdə olmadığını və əraziyə marşrut avtobuslarının işləmədiyini diqqətə çatdırıblar. M. Məmmədli öz növbəsində sakinlərin bu problemləri barəsində aidiyyatı qurumlara məlumat verəcəyini bildirib. O, bu istiqamətdə böyük səylə çalışacağını vurğulayıb.
M.Məmmədli seçicilərin ona etimad göstərəcəyi təqdirdə etimadı doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını ifadə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər