Mustafa Sandal Azərbaycandan 5 qızı niyə seçib? – Fotolar

1844

Müğənni Mustafa Sandalın azərbaycanlı xanımlarla, xüsusilə “Miss Azerbaijan- 2017” müsabiqəsinin qalibi Raziyyat (Razi) Əliyeva ilə gecə klubunda əylənməsi Türkiyə gündəmini zəbt edib.

Ölkənin populyar instaqram səhifələri onların görüntülərini hesablarında yayıblar. Raziyyat sosial şəbəkədə Mustafa ilə layihə üçün bir araya gəldiyini qeyd etsə də, ətraflı məlumat verməyib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, M. Sandal gələn il Bakıda konsert vermək niyyətinə düşüb. Bu səbəbdən sözügedən gecənin tanıtım videosu üçün Azərbaycanda instaqram üzrə beş məşhur xanımı seçib.

Onlar keçmiş müğənni Mehin Hümbətova, model- aparıcı Raziyyat Əliyeva, model Kamilə Babayeva, bloqqerlər Kamilə və Lirikadır. Pop ulduz artıq 3 gündür ki, sözügedən xanımları İstanbulda qonaq edir. Azərbaycanlı xanımlar tezliklə video- rolik üçün kamera qarşısına keçəcəklər.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər