Nazim Süleymanov: “Ruslan sübut etməlidi ki, Rubinin əsas heyətində oynamağa layiqdir”

223

Sumqayıt futbol məktəbinin yetirməsi, Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində Ruslan Abışovun Rusiya “Rubin”inə keçidindən danışıb, eləcə də digər sualları cavablandırıb.

– Yığmamızın müdafiəçisi Ruslan Abışovu artıq “Rubin”in futbolçusu saymaq olar. Necə hesab edirsiz, onun bu komandadakı karyerası uğurlu alına bilər?
– Ruslan ölkənin ən yaxşı futbolçularından biri hesab olunur. Onun böyük potensialı var. Lakin Abışov bütün lazımsız fikirləri başından atıb ancaq məşqlərə köklənməlidi. O, sübut etməlidi ki, “Rubin”in əsas heyətində oynamağa layiqdi. Bütün futbolsevərlərimiz “Rubin”ə azarkeşlik edəcəklər, Rusiya çempionatını izləyəcəklər. Mənə elə gəlir ki, onun Kazandakı karyerası uğurlu alına bilər.
– Kurban Berdıyev bildirib ki, hələ Abışovu hansı mövqedə oynadacağını bilmir…
– Mən onun niyə belə dediyini anlayıram.Abışov universal futbolçudu, müxtəlif mövqelərdə çıxış etməyi bacarır. Əksər oyunlarda müdafiənin mərkəzində çıxış edir. Yığmada daha çox dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Hərdən də sol cinah müdafiəçisi kimi istifadə olunur. “Rubin” də elə komandadı ki, orda hər mövqe uğrunda böyük rəqabət var. Mənə elə gəlir ki, onlar Ruslanı heyətə qatmaqla düzgün addım atdılar. Onun xarakteri də Rusiya futbolunda özünü göstərməyə imkan verir.
– Berdıyev bildirib ki, onlar Abışovu il yarım işim izləyirmişlər…
– Bu, Kazan klubunun peşəkarlığından xəbər verir. Müasir futbolda hansısa futbolçunu minimum bir il izləyib, öyrənmək lazım gəlir. Baxmayaraq ki, Azərbaycan klublarında bu prinsipə əməl olunmur. Bu da təəccüblü deyil. Çünki məşqçilərə lazım olan qədər vaxt verilmir. Onlardan dərhal nəticə tələb edirlər.
– Yığmanın məşqçisi kimi, Abışovun oyun keyfiyyətləri ilə yaxşı tanışsınız. Bu keyfiyyətlərinin onun Rusiyada möhkəmlənməsinə imkan verdiyini demək olar?
– Mən xaricdə oynayanda bilirdim ki, Azərbaycanda hər bir futbol azarkeşi çıxışımla maraqlanır. Abışov da dərk etməlidi ki, burda onun karyerası ilə bağlı hər bir xəbər diqqət mərkəzində olacaq. Bu, ona əlavə stimul verməlidi. Ruslan gəncdi. Taleyi öz əlindədi. Berdıyev isə təcrübəli mütəxəssisdi. Mən əminəm ki, bu məşqçi Abışovdan necə yararlanmaq lazım olduğunu gözəl bilir.
– Cavid İmamverdiyevin də Kiyev “Dinamo”suna keçidi gündəmdə idi. Amma böyük ehtimalla bu transfer baş tutmayacaq…
– Çox istərdim ki, bizim bütün futbolçularımız xaricdə oynamağa can atsınlar. Amma reallıq belədi ki, hamısı buna hazır deyillər. Bildiyimə görə, Cavidi “Dinamo”nun ikinci komandasında yoxlayıblar. Ruhdan düşmək lazım deyil. Əksinə, üzərində daha da çox çalışmalıdı ki, özünü isbatlasın.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər