Nazir Muxtar Babayev: "Sumqayıtda yeni zavodlar tikilir və onlar müasir ekoloji normalara uyğundur"

1816

“Sumqayıtda yeni zavodlar tikilir və onlar müasir ekoloji normalara uyğundur”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxış edən ekologiya naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində ekoloji təhlükəsizliyi təmin etmək üçün işləri davam etdirir: “Azərbaycan 2030-cu ilə qədər istilik efekti yaradan qazların emmisiyasının 1990-cı illə müqayisədə 35% azaldılmasını missiya kimi üzərinə götürüb”.

Nazir həmçinin Xəzər dənizinin və ərafının çirklənməsinin qarşısını almaq üçün müvafiq addımların atıldığını da qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər