Nazirliyin əməkdaşı Sumqayıtdakı ucuzluqdan yazdı

1350

Bakı bazarlarında fürsətcillər hələ də süni qiymət artımında söz sahibidirlər

 “Qiymətlər bazarın yerinə görə ciddi şəkildə dəyişir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

 Fins.az-ın məlumatına görə, V. Hüseynov bazarlardakı qiymətlərin fərqli olduğunu deyib.

“8-ci kilometr bazarı ilə Keşlə bazarı arasında əməlli başlı qiymət fərqi var. Bəzi məhsullarda fərq bəzən 2-3 dəfəyə çatır. Alverçi, işbaz, fürsətcillər hələ də süni qiymət artımında söz sahibidirlər”.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli Sumqayıtda həftə sonu təşkil olunan yarmarkada olub. O, yarmarkada satılan məhsulların şəkillərini çəkib.

“Paytaxtın elit bazarlarındakı vəziyyətə istinad edib “qiymətlər dəhşət bahalaşır” siqnalları verənlərin diqqətinə Sumqayıtdakı həftəsonu yarmarka qiymətlərini çatdırıram. Dünyanın bütün ölkələrində olduğu kimi bizdə də əhalinin alıcılıq qabliyyətinə uyğun olaraq bahalı bazarlarda var, ucuz bazarlar da”.

Tuncay Türbəndəzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər