NEFT BAZARINDA NƏ BAŞ VERİR? -TAHİR MİRKİŞİLİNİN TƏHLİLİ

343

Bu gün neftin qiyməti 30%-dən çox ucuzlaşaraq 1 bareli 31 dollara düşmüşdür. Keçən həftə OPEK+ ölkələri arasında, xüsusilə də Rusia və Səudiyyə Ərəbistanı arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndirirdi. Səudiyyəlilər bazardan gündə 1.5 milyon barel neftin çıxarılmasını təklif etsələr də, Rusiyalılar bundan imtina etmişdir. Nəticədə Səudiyyəlilər əks qərar verərək neftin istehsalının artırılmasına qərar vermiş və bütün bazarlar üçün qiymət təklifini aşağı salmışlar.

Beləliklə neft bazarı 3 qat zərbə almaqdadır: şok təklif (Sədiyyə neftinin həcminin artması), şok tələb (Koronavirus epidamiyasının yayılması nəticəsində tələbin azalması) və artıq nefti bazardan yığışdıra və situasiyanı tənzimləyə bilən balanşladırıcı mexanizmin olmaması.
1930-cu ildən sonra keçən 90 il ərzində belə toksik kombinasiya heç zaman olmayıb. 1930-cu illərdə Böyük depressiya zamanı Texasda Qara nəhəng yatağının kəşf olunması bazarda təklifi xeyli artırdı və neftin qiyməti o zaman 1 dollardan da aşağı düşmüşdü.
Hazırda bir çox təhlilçi mərkəzlər neftin qiymətinin 1 barelinin 20 dollara qədər düşəcəyini proqnozlaşdırırlar.

AZƏRBAYCANA TƏSİRİ NECƏ OLACAQ?

Neftin qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatlarına təsirsiz ötüşməyəcək, Amma!
Hazırda Azəraycan gündə orta hesabla 540 min barrel xam neft ixrac edir. 2019-cu ildə bütövlükdə ixracımız idxalımızdan 8 milyard dollar çox olmuşdur (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracımız 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə tədiyyə balansında neft-qaz sektoru üzrə profisit 9.9 mlrd dollar, qeyri-neft sektorunda isə defisit 4.8 mlrd dollar olmuşdur.
Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12.4 milyard manat, bu gəlirləri isə 11.4 milyard manatı (92%-i) Dövlət Büdcəsinə transfer üçün nəzərdə tutulub.

Neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən 3 ssenarini nəzərə almaq lazım. Qısa müddətli, Orta müddətli, Uzun müddətl. İlk öncə deyək ki, neftin qiyməti Dövlət Büdcəsində 1 barelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni, neftin qiymətinin 1 barelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13.5 mln dollar az gəlir əldə etməsinə səbəb olacaq. Sadə formada hesablasaq:

Qısa müddətli ssenaridə, neftin qiyməti 1 ay bu həddə qalarsa iqtisadiyyatımız 405 milyon dollar az gəlir eldə edəcək.
Orta müddətli ssenarida, neftin qiyməti 5 ay bu həddə qalarsa, iqtisadiyyatımız 2 milyard dollar az gəlir eldə edəcək.
Orta müddətli ssenaridə, neftin qiyməti 9 ay bu həddə qalarsa, iqtisadiyyatımız 3.6 milyard dollar az gəlir eldə edəcək.

Yuxarıda göstərdiyimiz kimi, bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradabiləcək səviyyədə deyildir. Burda kifayət qədər digər amillər də var, daha geniş yazmaq olar. Tədiyyə balansının 5.1 mlrd dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Eyni zamanda son illər Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətini yüksək olması belə təsirləri minimallaşdırmaqdır. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin də yerinə yetirilməsi baxımından mühüm nəticədir.

NƏ ETMƏLİ?
Düşünürük ki, neftin qiymətinin bu həddə enməsi əsasən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında “neft müharibəsi”nin nəticəsidir. İstehsalın artırılması və qiymətlərin düşməsi heç bir ölkə üçün iqtisadi cəhətdən sərfəli deyildir. Dİgər tərəfdən, hesablamalara görə Səudiyyə İqtisadiyyatı neftin qiymətinin 84 dollar, Rusiya iqtisadiyyatı ilsə qiymətin 42.5 dollar həddə olmasına dözə bilərlər. Bu şərtlər daxilində qiymətin uzun müddət aşağı həddə qalması inandırıcı görünmür.
Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığındna belə təsirlərin azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalinin ən çox düşündürən bu sualın cavabına iqtisadçı olaraq demək istərdik ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər