“Neftçi” fərqi azaltdı – Canlı

1254

u gün saat 21:00-da UEFA Avropa Liqasındakı təmsilçimiz “Neftçi” üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Bney Yehuda” (Tel-Əviv) klubu ilə qarşılaşacaq.

Axar.az xəbər verir ki, “Baksell Arena”da keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Oyunun baş hakimi fransalı Kərim Abed olacaq.

***

“Neftçi” və İsrailin “Bney Yehuda” komandalarının UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

“Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 11. Vanqelis Platellas, 93.Soni Mustivar.

“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Din Mori, 5. Daniel Felczer, 6. Amir Rustom, 8. Şay Mazor, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 9. Dor Yan, 11. Mohammed Qadir, 24. Alban Pnişi.

***

“Neftçi” – “Bney Yehuda” matçı başlayır.

***

“Neftçi” “Bney Yehuda”ya məğlub olur. Matçın 26-cı dəqiqəsində Saqas hesabı açdı 0-1.

***

Məhəmməd Qədir matçın 36-cı dəqiqəsində 2-ci topu “Neftçi”nin qapısından keçirdi: 0-2.

***

Monroz matçın 42-ci dəqiqəsində hesab arasındakı fərqi azaltdı: 1-2.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər