Nərgiz Cəlilovanın qızı çinli oğlana ərə gedib

958

Əməkdar artist Nərgiz Cəlilova qızı Nərmindən danışıb.

Unikal.org xəbər verir ki, İradə İsakın “Birdən milyona” verilişində aparıcı övladının Amerikada yaşadığını söyləyib. O, qızının ərə getdiyini açıqlayıb:

“Fransada oxuyub, hazırda Amerikada yaşayır. İstəmirdi onunla bağlı fotolar paylaşım, tanınsın. Qızımın ailə qurduğunu gizlətmədim. Sadəcə, bəyan etmədim”.

Cəlilova “Çinli birinə ərə gedib” sözlərinə belə cavab verib:

“Çində doğulub, uyğurdur. Amerika vətəndaşıdır, orada yaşayır. Qızım toyunu hamının bilməsini istəmədi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər