Netanyahu İranı bərk hədələdi, dron parçasını yelləyib dedi: “Zərif, tanış gəlir? Bu sənindir...”

764

İsrail baş naziri Benyamin Netanyahu Münhen təhlükəsizlik konfransı zamanı İranın ünvanına sərt hədələrlə çıxış edib. Virtualaz.org xəbər verir ki, Netanyahu tribundan İsrali hava məkanında vurulmuş İran pilotsuz kəşfiyyat təyyarəsinin parçasını yelləyərək Tehrana “bizim səbrimizi daşırmayın” mesajı verib.

Netanhayudan əvvəl konfransda İran xarici işlər naziri Məhəmməd Zərif çıxış etmişdi və ölkəsinin İsrailə dron göndərdiyini təkzib etmişdi. Xatırladaq ki, İran pilotsuz təyyarəsi Suriyadakı bazadan havaya qalxıb və İsrail hava məkanına daxil olandan bir neçə saniyə sonra vertolyotdan buraxılan raketlə vurulub. Daha sonra İsrail Suriyaya irimiqyaslı hava hücumları həyata keçirib, bu zaman Suriya hava hücumundan müdafiə sistemləri İsrailin bir F-16 təyyarəsini vurub.

Netanyahu ötən həftə Golan təpələri üzərində vurulmuş dronun parçasını yelləyərək deyib: “İran Suriyaya müdaxiləni inkar edir və bizim xalqımızı təhdid edərək pilotsuz təyyarə göndərir. Budur, həmin təyyarənin parçası. Siz bunu öz gözlərinizlə görə bilərsiniz. Zərif, öz pilotsuz təyyarənizi tanıdın? O sənindir. İrandakı tiranlara bizdən mesaj kimi onu özünlə apara bilərsən”.

İsrail baş naziri daha sonra İrana bildirib: “Bizim qətiyyətimizi sınağa çəkməyin. İsrail yol verə bilməz ki, boynuna İran terrorunun ilgəyi keçsin…Əgər lazım olsa biz təkcə İranın kuklalarına qarşı deyil, onun özünə qarşı da qəti hərəkətə keçəcəyik”.

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər