Sumqayıtda 9 ayda neçə nikah qeydə alınıb? – STATİSTİKA

265

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 45 977 nikaha daxiolma qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statsitika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

 R.Süleymanov qeyd edib ki, ən çox nikah avqust ayında qeydə alınıb.

Şöbə müdiri, həmçinin regionlar üzrə nikaha daxilolma saylarını da açıqlayıb. Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində nikaha daxilolma hallarına görə paytaxt Bakı üstünlük təşkil edib:

“Bakıda 11304, Sumqayıtda 1577, Gəncəda 1324, Lənkəranda 948, Ağdamda 938, Qubada 935,  Abşeronda 908 nikah qeydə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər