Nijni Novqorodda Xocalı həqiqətlərindən söhbət açılıb – FOTOLAR

933

 

Bu gün Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində “Nijni Novqorod azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti”nin sədri Məhəmməd Əhmədovun təşkilatcılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Anım tədbirində həmyerlilərimiz, xüsusən də gənclər aktiv iştirak ediblər. Tədbirə həmçinin Azərbaycandan millət vəkili Çingiz Qənizadə də qatılıb.

Gənc fəal Rasim Quliyev giriş nitqi ilə çıxış edərək 1992-ci il Xocalı şəhərində baş verən qətliam barədə geniş məlumat verib.

Millət vəkili Çingiz Qənizadə isə çıxışında dovlətin və onun qurumlarının, ölkə başçısının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Yerli Mədəni Muxtariyyətin sədri Məhəmməd Əhmədov, jurnalist Saleh Şükürlü və eləcə də digər tədbir iştirakçıları, agsaqqallar da çıxış edərək öz fikirlərini bildiriblər.

Həmçinin, Nijniy Novqorod şəhərində yaşayan azərbaycanlıların daha da təşkilatlanması, gələcəkdə görülən işlər müzakirə olunub.

Sonda şəhidlərin ruhuna ehsan verilib, dualar oxunub.

Nijni Novqorodda Xocalı həqiqətlərindən söhbət açılıb  - FOTOLAR

Nijni Novqorodda Xocalı həqiqətlərindən söhbət açılıb  - FOTOLAR

Nijni Novqorodda Xocalı həqiqətlərindən söhbət açılıb  - FOTOLAR

Nijni Novqorodda Xocalı həqiqətlərindən söhbət açılıb  - FOTOLAR

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər