Nizami Gəncəvi əsərlərinin motivləri ilə “Xəzinə” tamaşasının premyerası olub – FOTO

674

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan “Xəzinə” tamaşasının premyerası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Hafiz Ataxanlının qələmə aldığı əsərə teatrın baş rejissoru, respublikanın xalq artisti Firudin Məhərrəmov quruluş verib.

Quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Səkkiz əsrdən çox oxucuları müdrik, daim aktual ideyaları və nəsihətləri ilə heyrətləndirən şairin məşhur obrazları tamaşada xüsusi yer tutur.

Xosrov, Şirin, Şiruyyə, Məcnun, Leyli, Xeyr, Şər, Nüşabə, İsgəndər, Harun ər-Rəşid və Dəllək kimi obrazlar ağılla sərvətin, xeyirlə şərin mübarizəsi fonunda bir sırada qərar tutaraq vahid dramaturji xətlə tamaşaçıya təqdim edilir.

Nizaminin ən xəfif və lirik obrazlarından biri olan Leylinin özünün və sevgilisi Məcnunun faciəvi taleyi ilə bağlı şeyxin ruhuna səslənərək, üsyan etməsi tamaşanın təsir qüvvəsini artıran səhnələrdəndir.

Nəhayət finalda İsgəndərlə Nüşabənin görüşündə sərvət və zəka mükaliməsi kulmunasiya həddinə çatır və sonda zəka üstün gəlir.

Böyük fateh İsgəndər qoşununu geri çəkərək müridlərlə birgə katarsis prosesinə qoşulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər