Növbəti əsgər ölümü

1317

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri xəstəlikdən vəfat edib.

 

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Xudulov Ramazan İsmayıl oğlu yanvarın 18-də saat 21.45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

 

Bu ilin yanvar ayının 11-də səhhətində problemlər yaranan əsgər yerli hərbi hospitala köçürülüb və üç gün sonra vəziyyəti ağırlaşdığına görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.

 

Səhiyyə Nazirliyi və Baş Klinik Hospitalın mütəxəssislərinin gərgin səylərinə baxmayaraq, əsgəri həyata qaytarmaq mümkün olmayıb.

 

Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit – ağır gedişli, serebral koma, beyin ödəmi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər