Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil ediləcək

933

26572_1387615648916_1187792089_1141176_4188081_nNovruz bayramı münasibətilə Sumqayıt şəhərində ötən il olduğu kimi kütləvi səhnələşdirilmiş bayram şənliyi keçiriləcək. Şəhərin müxtəlif yerlərində kütləvi tədbirlər təşkil ediləcək.

İlaxır çərşənbə ilə əlaqədar olaraq 16 mart 2010-cu il tarixdə saat 17. 00-da şəhərin 45-ci məhəllə ərazisindəki parkda, saat 18.00-da N.Nərimanov adına Mədəniyyət Sarayı qarşısında və Corat qəsəbəsində bayram proqramları nümayiş olunacaq.

Novruz bayramı münasibətilə isə mart ayının 19-da Hacı Zeynalabdin qəsəbəsində yeni salınmış parkda, 20-də saat 12.00-da Heydər Parkında, eləcə də gün ərzində şəhərin ayrı-ayrı hissələrində – 10, 17, 21-ci mikrorayonlarında bayram şənlikləri təşkil ediləcək, şəhər bütövlükdə bayram ovqatına bürünəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər