Noyabrın 7-dək telefon və kompüterdən uzaq DURUN! - VACİB XƏBƏRDARLIQ

671

Bu gündən başlayaraq Günəşda geomaqnit sahədə qasırğa müşahidə edilir.

Bu barədə Publika.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb. G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də/18.00-24.00 UTC müddətində müşahidə edilib.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövrünün iki günü (5-6 noyabr) normal səviyyədə qalacağı gözlənilir. Sonuncu proqnoz günü isə (7 noyabr) bu selin yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (5-7 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin müsbət qütblülüyə malik CH HSS effektinin təsiri səbəbindən 5-6 noyabr tarixlərində yüksələcəyi proqnozlaşdırılsa da, sonuncu proqnoz günü (7 noyabr) bu effekt zəifləməsi parametrlərin də fon qiymətinə qayıtmasına səbəb ola bilər.

Bu gün geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor – Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (06 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər