NURMƏHƏMMƏDOVUN ATASI OĞLUNU SƏRT ŞƏKİLDƏ CƏZALANDIRACAQ

597

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu böyük Nurməhəmmədov Birinci kanalın efirində deyib.

“Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar, kənar şəxslər var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır”, – deyə idmançının atası bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər