Ölkəmizi Sumqayıtdan “Rövşən” ritm qrupu təmsil edəcək

1567

İyunun 25-dən iyulun 1-dək Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində “Dünya nağaraları” XV Beynəlxalq Ritm Festivalı keçiriləcək. Festivalda ölkəmizi Sumqayıtdan “Rövşən” ritm qrupu təmsil edəcək.

Bu barədə AZƏRTAC-a qrupun yaradıcısı və rəhbəri Rövşən Cabbarov məlumat verib. Onun sözlərinə görə, qrup dörd ildir həmin festivala dəvət edilir. Habelə Rövşən Cabbarov festival çərçivəsində ritm həvəskarlarına ustad dərsləri keçir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər