Ötən il sərnişin daşımalarının 97,2 %-i Bakı-Sumqayıt qatarının payına düşüb

752

2021-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2 milyon 826 min 092 sərnişin daşıyıb.

“Report” quruma istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 33 % çoxdur.

Ötən il sərnişin daşımalarının 97,2 %-i və yaxud 2 milyon 746 min 748 nəfəri Bakı-Sumqayıt elektrik qatarlarının payına düşüb. Bu, əvvəlki illə müqayisədə 51,1 % çoxdur.

İl ərzində koronavirus (COVID-19) pandemiyasına görə beynəlxalq sərnişin daşımaları 100 % azalıb, daxili sərnişin daşımaları isə 71,3 % azalaraq 79 min 344 nəfər təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər