Sumqayıtda dünyasını dəyişən 10 uşaq atası —  “Ulduz”un Qədiri

538
Bu gün mərhum aktyor Bahadur Əliyevin anım günüdür.

“Ölkə.Az” kulis.az-a istinadən xəbər verir ki, bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Geniş tamaşaçı kütləsi onu “Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə tanıyır. Obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri dillər əzbəridir.

***

Rol aldığı film və tamaşalar tamaşaçıda həmişə təbəssüm yaradırdı. Həyatda da mehriban, səmimi, əliaçıq, həyat eşqli insan idi.

***

Bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

Image result for bahadur əliyev

***

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı.

***

SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmdə rol almışdı.

***

Sonuncu çəkildiyi kadr kütləvi səhnələrdə yer aldığı “Bəyin oğurlanması” filmidir. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə – kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

***

“Bəyin oğurlanmsı” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Və bu 17 ildə ciddi böhranlarla üzləşən kinoda heç bir rol ala bilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

***

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı.

***

Təkliyi heç vaxt sevmirdi. Hara getsə, dəvət alsa dostlarını da yanında aparırdı. Tənhalıqdan çox qorxurdu. Buna görə də daim insanların içində olurdu.

Image result for bahadur əliyev

***

Bir dəfə televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır.

***

Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda yolda gedərkən qəfil infarkt keçirərək dünyasını dəyişir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər