Özbək şairləri Sumqayıtda – FOTOLAR

937

Sumqayıtda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Gülzira Şaripova və Gülbahar Saidqani ilə görüş keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə Azərbaycana təşrif buyurmuş ədiblərlə görüş Sumqayıt Poeziya Evində baş tutub.

Görüşdə Sumqayıt ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Sumqayıt Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, özbək şairləri auditoriyaya təqdim etdikdən sonra Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verib.

O bildirib ki, soy-kökü eyni olan millətin birliyi üçün ədəbiyyat, poeziya ən yaxşı təbliğat vasitəsidir. Və bu yöndə görülən işlər qarşılıqlı olmalıdır.

Sonra İ.İlyaslı Gülzira Şaripova və Gülbahar Saidqaniyə Poeziya Evinin”Fəxri qonağı” diplomunu təqdim edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin də qatıldığı görüşdə qələm adamlarından, Gülnarə Cəmaləddin, Rafiq Oday, Ofeliya Babayeva, Hümbət Quliyev, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva və başqaları çıxış edərək, öz şeirlərindən nümunələr səsləndirərək tədbirə rəng qatıblar.

Çıxış edənlər bu cür ədəbi görüşlərin keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulayıblar.

Sonda qonaq şairlər görüşdən çox məmnun qaldıqlarını bildirərək, Poeziya Evinin rəhbərliyinə və görüşə gələn hər kəsə təşəkkür ediblər.

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

 

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

Özbək şairləri Sumqayıtda - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər