Özbəkistanlı tanınmış ziyalı Sumqayıtda qonaq olub – FOTOLAR

1606

O, bir müddət əvvəl ruscaya tərcüməsini başa çatdırdığı, Qarabağ hadisələrindən bəhs edən və artıq kitab halında nəşr edilmiş, müəllifinin sumqayıtlı yazıçı Süleyman Hüseynovun olduğu sənədli “And” romanının ilk təqdimat mərasimində iştirak edib. Bu, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun dəstəyi ilə respublikamıza Özbəkistan nümayəndə heyətinin üzvü kimi işgüzar-yaradıcılıq səfərinə dəvət almış Şaxlo Kasimovanın Sumqayıta ikinci gəlişidir. “Dəyirmi stol” arxasında keçən görüşü açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şaxlo xanımın son illərdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xüsusi rolundan, onun öz doğma dili ilə yanaşı Azərbaycan və rus dillərini də mükəmməl bilməsindən, müntəzəm olaraq respublikamızın şair və yazıçılarının əsərlərini özbək və rus dillərinə tərcümə edərək, Özbəkistanın qəzet və jurnallarında, həmçinin ayrıca almanax şəklində çap edilməsi sahəsində xidmətlərindən söhbət açıb. İbrahim İlyaslı bildirib ki, müasir Azərbaycan ədəbiyyatının təbliği, o cümlədən Sumqayıtda yazıb-yaradan şair və yazıçıların əsərlərinin özbək və rus dillərinə tərcüməsi sahəsində yorulmaz fəaliyyəti yüksək dəyərləndirilərək, hələ ötən il Şaxlo Kasimova Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. AJB-nin sədri, görkəmli Azərbaycan yazıçısı Anarın təsdiq etdiyi fəxri üzvlük sənədini hörmətli qonağa tədbir iştirakçılarının alqışları altında şair Əkbər Qoşalı təqdim edib. Özbək qonağımız onun əməyinin bu cür yüksək dəyərləndirilməsinə, ikinci vətəni hesab etdiyi Odlar Yurdunda, o cümlədən Azərbaycanın gözəl bir guşəsi olan Sumqayıtda ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. Görüşdən xatirə şəkilləri çəkildikdən sonra Şaxlo xanım sumqayıtlı dostlarının müşayiəti ilə şəhəri piyada gəzib, şəhərin görməli yerləri, o cümlədən Özbəkistanın çıxışının olmadığı Xəzərin sahilinə gələrək, son aylarda şəhərimizin ən gözəl istirahət mərkəzi kimi yeni yaradılmış Sumqayıt bulvarı ilə heyranlıqla tanış olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər