Özəl orta məktəblərdə təhsilin qiymətləri - Ən bahalısı 42 min, ən ucuzu isə Sumqayıtda

1022
Yeni dərs  ilinin başlanması ərəfəsində valideynlər öv ladları üçün  keyfiyyətli məktəb axtarışına çıxıb. Bir çoxları özəl orta mətəblərdə tədrisin keyfiyyətinin yüksək olmasını əsas götürərək onların xidmətindən yararlanmağa üstünlük verirlər.
sumqayitxeber.com  Fins.az-a istinadən xəbər verir ki, indi özəl məktəblərdə uşaq oxutmaq hər kəsə nəsib  olmayacaq. Çünki orta məktəblərin təhsil haqları ali məktəblərdəkindən dəfələrlə yüksəkdir.  Hətta bəzilərində məktəbli forması, nəqliyyat xidməti, nahar təhsil haqqına daxil edilmir.
Qeyd edək ki, özəl orta məktəblərdə təhsil haqqı siniflərər görə fərqlənir. İbtidai siniflərdə ödənişlər nisbətən ucuz olur. Sizə təqdim etdiyimiz siyahıda həmin fərqlər aydın olacaq.
“İdrak ” liseyi
1-9- cu siniflər üçün – 7 000 manat
10-11-ci siniflər üçün – 8 500 manat
Sumqayıt filialında – 4 000 manat 
Müasir Təhsil Kompleksi – 9 000 manat
“Evrika ”  liseyi  – 5 000 manat
Bakı Oksford Məktəbi
İbtidai sinifdə yerli müəllim qrupunda- 16 500 manat
İbtidai sinifdə xarici müəllim qrupunda- 18 500 manat
Yuxarı siniflərdə qruplar üzrə -17 500 manat  və 19 500 manat
British  School in Baku – 14 500 manat
Nəqliyyat xidməti-  800 manat
Bir ailədən 2 və daha artıq uşaq gələrsə, onlara 1 000 manat, nəqliyyat xərcinə görə 50 faiz endirim edilir.
Qərb Universitetinin Məktəbi – 4 300 manat
Nəqliyyat xidmətindən istifadə edənlər üçün – 5  100 manat
Avropa Azərbaycan  Məktəbi  
İbtidai siniflər üçün- 8 500 manat
Yuxarı siniflər üçün – 9150 manat
“İstək” liseyi (Əhmədli ) -8 825 manat
“İstək” liseyi (Gənclik) -9000 manat
“Kaspi” liseyi  
İbtidai siniflər üçün -5 300 manat
Yuxarı siniflər üçün – 5 800 manat
Bakı Atatürk Liseyi – 1 750  manat
Xəzər Universitetinin “Dünya məktəbi”
1-8-ci siniflər üçün – 7 500 manat
9-11-ci siniflər üçün – 8 000 manat
“XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – 10 000 manat
Azərbaycan Beynəlxalq  Məktəbi (“TISA International School of Azerbaijan” ) – 42 200 dollar
Qeyd edək ki, bu qiymətlərə nahar yeməyi, dərsliklər, forma, bəzi məktəblərdə  nəqliyyat xidməti də daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər