Özəl tibb müəssisələrini böyük cərimələr gözləyir

969

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında dəyişikliklər müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklər lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. Beləliklə, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, təklif edilən dəyişikliyə görə 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər isə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.

Spiker Oqtay Əsədov qeyd edib ki, səhər televizoru açdıqda müxtəlif özəl tibbi klinikaların reklamları gedir: “Bu gün özəl tibb müəssisələrinə xaricdən çox həkim gəlir, lakin bilinmir onlar nə həkimlərdir”.

Millət vəkili Etibar Hüseynov deyib ki, bu gün özəl tibb müəssisələri xaricdən gələn həkimlərin reklamı ilə məşğuldur. Digər tərəfdən, bir sıra dərmanlar reklam olunur: ‘Amma sonradan məlum olur ki, bu həkimlər, bu dərmanlar bir işə yaramır”.

Sonda sənəd qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər