Pandemiya dövründə Sumqayıtda iqtisadi göstəricilər - RƏQƏMLƏR

1522

Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Sumqayıtın inkişaf və quruculuğu davamlıdır. Bunu statistik götəricilər də təsdiq edir. Belə ki, bu ilin birinci rübündə şəhər üzrə ümumi daxili məhsul istehsalı 636,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur.

Hesabat dövründə şəhər üzrə sənaye məhsulunun istehsalı 490,5 milyon manat ( ötən ilin hesabat dövrü ilə müqayisədə 42,4 faiz çox) təşkil etmişdir. Xüsusən kimya, yeyinti və yüngül sənaye istehsalında artımlar var. Rüb ərzində şəhərdə 53,8 milyon manatlıq sərmayə yatırılmışdır ki, bu da 2019-cu ilin birinci rübündən 7 faiz çoxdur.
Bu dövrdə şəhərdə orta aylıq əməkhaqqı 563,4 manat təşkil etmişdir. Ötən ilin eyni dövründə bu rəqəm 433,2 manat olmuşdur. Yeni açılan iş yerlərinin sayı isə ilk üç ayda 3583 nəfər olmuşdur. Bu da, öz növbəsində, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
İlin birinci rübü ərzində şəhər büdcəsinin icrası sahəsində də vəziyyət qənaətbəxşdir. Belə ki, hesabat dövründə gəlirlər 9 milyon 524,8 min manata qarşı 11 milyon 38,5 min manat, yəni 15,9 faiz çox olmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər